Hərbi hospitalın rəhbər şəxsləri barəsində cinayət işi açılıb
17 iyun 2011 14:57 (UTC +04:00)

Hərbi hospitalın rəhbər şəxsləri barəsində cinayət işi açılıb

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, deputat Çingiz Qənizadənin APA-ya verdiyi məlumata görə, bir qrup şəxs hospitaldan qanunsuz olaraq işdən çıxarılma və hospitalın rəisi Rəna Hacıyevanın qanuna zidd əməlləri ilə bağlı ona şikayət edib: “Şikayətçilər bildirib ki, hospital rəisi 20-dən artıq hərbi həkim və texniki işçini əsassız olaraq, işindən kənarlaşdırıb, habelə digər qanunsuz hərəkətlərə yol verib”.


Ç. Qənizadə bununla əlaqədar respublika hərbi prokuroruna müraciət etdiyini deyib: “Respublika Hərbi Prokurorluğunun Bakı Hərbi Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mahir Əliyevin imzası ilə şikayətçilərə cavab məktubu göndərilib. Məktubda hərbi hospitalın vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 341.1-ci (Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddəsi ilə cinayət işi başlanması və istintaq aparılması üçün Bakı Hərbi Prokurorluğuna göndərilməsi barədə məlumat verilib”.


Ç. Qənizadə əsassız olaraq işdən azad olunan şəxslərin hüquqlarının bərpa ediləcəyinə ümid etdiyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21