Günün tarixi
18 iyun 2011 08:00 (UTC +04:00)

Günün tarixi

1815. Napoleon Vaterloo döyüşündə məğlub olub

1918. ADR hökuməti Ermənistana nota verərək ondan daxili işlərinə qarışmamağı tələb edib

1920. Zaqatalada Sovet rejiminin özbaşınalığına qarşı Əhmədiyevin və Molla Nafiz Əfəndinin başçılıq etdiyi xalq üsyanı yatırılıb

1928. Amerikalı Amelia İrart Atlantik okeanı keçən ilk qadın təyyarəçi kimi tarixə düşüb

1953. Misirdə 74 illik İngiltərə müstəmləkəçiliyi sona çatıb və respublika elan edilib

1979. Vyanada SSRİ və ABŞ arasında strateji silahların azaldılmasına dair saziş (SALT 2) imzalanıb

1982. BMT-də çıxışı zamanı Ronald Reqan SSRİ-ni “Şər imperiyası” adlandırıb

1993. Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Kələki kəndinə gedib

1998. İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramı qəbul edilib

1998. Konstitusiya məhkəməsi fəaliyyətə başlayıb

2001. Prezident Heydər Əliyev dövlət dilinin tətbiqini təkmilləşdirmək haqqında dekret verib

2009. ABŞ Konqresinin alt komitəsi Qarabağa 10 milyon dollar yardım etməyə qərar verib

2009. Hacı Allahşükür Paşazadə MDB müsəlmanları Ali Şurasının rəhbəri seçilib.

Günün aforizmi

“Əgər söz olarsa incə və şirin
O sözü eşidən deyər afərin”.

Sədi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar