Meyiti itlərə yedirdilən şəxsi qonşusu qətlə yetiribmiş - TƏFƏRRÜAT
17 iyun 2011 12:40 (UTC +04:00)

Meyiti itlərə yedirdilən şəxsi qonşusu qətlə yetiribmiş - TƏFƏRRÜAT

İyunun 16-na Keçən gecə Tovuz rayonunun Alakol kəndində baş vermiş dəhşətli qətl hadisəsinin üstü açılıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Alakol kəndində, 1971-ci təvəllüdlü Məmmədov Vüqar Allahyar oğlunu öldürməkdə şübhəli bilinən qonşusu, 1977-ci il təvəllüdlü Quliyev Tahir İsgəndər oğlu saxlanılıb. İlkin dindirilmə zamanı T.Quliyev əməlini etiraf edib və qonşusunu söyüş söydüyünə görə öldürdüyünü bildirib.


Qeyd edək ki, Alakol kənd sakini olan 40 yaşlı V.Məmmədovun cəsədi yaşadığı evin həyətindəki əkin sahəsində tapılıb. İlk olaraq meyiti onun anası qan içində görüb. V.Məmmədovun ailə üzvləri güman ediblər ki, gecə saatlarında həyətdə olanda infarktdan ölüb və sonradan vəhşi itlər meyitini parçalayıb. Odur ki, ailə üzvləri V.Məmmədovu dəfn etməyə hazırlaşıblar. Lakin meyiti müayinə edən hüquq-mühafizə orqanlarının nümayəndələri onun üzərində, xüsusi ilə də baş və boğaz nahiyəsində çoxlu kəsilmiş-əzilmiş xəsarət müəyyən ediblər. Beləliklə də hadisənin qətl olduğu müəyyən olunub.

O da məlum olub ki, qətli törədən şəxs V.Məmmədovu öldürdükdən sonra hadisə yerinə vəhşi itləri çağırıb və izi itirməyə çalışıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda qəsdən adam öldürmə (120) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar