90 yaşlı təqaüdçünü aldadıb soydular
Bakıda soyğunçuluq hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 16-da Ə.Ələkbərov küçəsində tənha yaşayan 1921-ci il təvəllüdlü Tofiq Xalıqov polisə müraciət edib.
Müraciətdə bildirilir ki, bir neçə gün əvvəl naməlum şəxs onun evinə gələrək qapını döyüb. Qapını açan T.Xalıqov “surpriz”lə qarşılaşıb. Həmin naməlum şəxs ona Rusiyada yaşayan qohumlarından “sovqat” gətiribmiş. Sevincək olan ağsaqqal kişi səbətə baxmadan sovqatı gətirən şəxsi evə dəvət edib. Bu zaman T.Xalıqov naməlum şəxsin taksi ilə gəldiyini və tezliklə qayıtmalı olduğunu öyrənib və jest edərək evdəki pulu götürərək taksinin pulunu vermək istəyib. Naməlum şəxs isə kişinin əlində olan pulun hamısını – 600 manatı götürərək cəld aradan çıxıb. 90 yaşlı təqaüdçü onun arxasınca getmək istəsə də, gec qalıb.
Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.
Nizam RZA

426