Cəlilabadda 3 yeniyetmə çayda boğulub
Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 16-da rayon ərazisindən keçən Mişarçayın yatağında yerləşən su bəndində çimən 3 azyaşlı və yeniyetmə boğularaq ölüb. Verilən məlumata görə, güləş zalında məşqdən çıxan 1998-ci il təvəllüdlü Alışanlı Elmin Əkbər oğlu, 1998-ci il təvəllüdlü Asif Zahidov və onun 10 yaşlı qardaşı Məqsəd çayda üzərkən boğulublar.
Körpələrin meyitləri sudan çıxarılaraq, ailələrinə təhvil verilib.
Nizam RZA
Körpələrin meyitləri sudan çıxarılaraq, ailələrinə təhvil verilib.
Nizam RZA
570