Parlament prospektində ata və 7 yaşlı oğlu qəzaya düşüb
17 iyun 2011 10:29 (UTC +04:00)

Parlament prospektində ata və 7 yaşlı oğlu qəzaya düşüb

İyunun 16-da Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Parlament prospektində, Milli Məclisin yaxınlığında 90 KR 182 nömrəli “Mercedes” və 07 BC 186 qeydiyyat nişanlı “VAZ 21 011” toqquşub. Nəticədə “VAZ 21 011”-in sürücüsü 34 yaşlı Ağababayev Azər Ağababa oğlu və onun oğlu 7 yaşlı Arzu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar