“Polad Siracovun Azərbaycana dönmək istəyib-istəmədiyini bilmirik”
APA-nın TASR agentliyinə istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın daxili işlər naziri Daniel Lipşits deyib. O bildirib ki, bir neçə həftə əvvəl Tunis vətəndaşı Rəfiq Əl-Hami könüllü olaraq Tunisə dönüb: “Onun haqqında yeni məlumatımız yoxdur. Keçmiş Quantanamo məhkumu Polad Siracovun qalmaq, yoxsa Azərbaycana dönmək istədiyini isə bilmirik”.
Xatırladaq ki, 2009-cu ildə ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının qapadılması barədə sərəncam imzalayıb. Bundan sonra Azərbaycan vətəndaşı Polad Siracov da daxil olmaqla, məhkumların əksəriyyəti azadlığa buraxılıb. Lakin o, vətənə dönmək istəməyib. Beynəlxalq qurumların vasitəsilə P.Siracov üçüncü ölkəyə göndərilib və hazırda Slovakiyada yaşayır. Slovakiyadan öz vətəninə könüllü qayıdan ilk şəxs Misir vətəndaşı Adel Əl-Qazzar olub. O, Misirdə həbs edilib.

651