Nemət Pənahlı məhkəmədə son sözünü dedi
Lent.az-ın məlumatına görə, Nemət Pənahlı prosesdə son sözlə çıxış edib və ittihamları rədd edib. O, heç bir cinayət törətmədiyini və heç kimi döymədiyini bildirib.
Növbəti proses iyunun 17-ə təyin olunub. Sabah Nemət Pənahlıya hökm oxunacaq.
Xatırladaq ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilir. Onlar yanvarın 8-də saxlanılıb.
Eldəniz Rzayevin şikayətinə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev Bakının Mirəli Qaşqay küçəsində onu döyüb.
Onu da bildirək ki, dövlət ittihamçısı N.Pənahlıya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmasını istəyib.
Anar Gəraylı

455