Dağıstanda öldürülən silahlı Azərbaycanda həbsdə yatıbmış
16 iyun 2011 16:22 (UTC +04:00)

Dağıstanda öldürülən silahlı Azərbaycanda həbsdə yatıbmış

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, öldürülən şəxs Dağıstanın Kaytaq rayonunun Kirtıç kənd sakini, 1981-ci il təvəllüdlü İlyas Maqomedcanovdur.

O, ötən ilin sonunda Azərbaycan sərhədini qanunsuz keçdiyi üçün yarım il Azərbaycanda həbsdə yatıb. İ. Maqomedcanov aprel ayında Dağıstana deportasiya edilib. Onun Dağıstanda Vəlicanovun qanunsuz silahlı qruplaşmasına qoşulduğu güman olunur.

İ. Maqomedcanovun bir neçə gün əvvəl öz həyat yoldaşını öldürdüyü, bundan başqa, Kaytaq Daxil İşlər Şöbəsi əməkdaşlarını atəşə tutduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar