Futbolçumuz oğurluq üstündə tutuldu
Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə Bərdənin ABN klubunda oynayan 24 yaşlı yarımmüdafiəçinin soyğunçu olmasını Nərimanov rayon polis şöbəsinin əməkdaşları aşkarlayıblar. Araşdırma nəticəsində Rahibin Dəmirçizadə, Fətəli xan Xoyski küçələrində yerləşən futbol meydançalarının və Tofiq Bəhramov adına Respublika Stadionunun soyunub-geyinmə otağından Bakı sakinləri Ruslan Şirəliyev, Fərmayıl Vəliyev, Vüsal Kazımov və digərlərinin mobil telefonlarını və pullarını oğurladığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Nəcəfov 2009/10 mövsümündə komanda yoldaşı Bəhruz Cəlalovla birgə “Rəvan”la ev oyununda baş hakim Emil İsgəndərova qarşı fiziki təzyiq göstərdikləri üçün 3 illik futboldan kənarlaşdırıb. Onlara görə ABN 7000 manat məbləğində cərimələnmişdi. Bundan sonra oğurluğa əl atan Rahib daha ağır cəzaya məruz qalaraq, həyatının müəyyən hissəsini dəmir barmaqlar arxasında keçirməli olacaq.

444