Hakim Cabbar Savalanlının 3 vəsatətini təmin etmədi
Bu barədə Lent.az-a vəkil Anar Qasımov məlumat verib. O bildirib ki, birinci instansiya məhkəməsinin həbs qərarının qanunsuz olması, C.Savalanlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsi və apelyasiya işinə məhkəmə istintaqı ilə birgə baxılması barədə vəsatətlər qaldırsa da, hakim bu vəsatətləri təmin etməyib.
Ardınca prosesə məhkəmə baxışının vaxtı təyin edilib. Növbəti proses iyunun 30-da saat 15:00-da keçiriləcək.
Xatırladaq ki, C. Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunaraq, , 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Anar GƏRAYLI

497