Kürdən 75 yaşlı kişinin meyiti çıxarılıb
Kür çayında batmış şəxsin meyiti çıxarılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli rayonu, Bəhramtəpə qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1936-cı il təvəllüdlü Həmzəyev Ərəstun İman oğlunun axtarışları başa çatdırılıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən 75 yaşlı Ə.Həmzəyevin cəsədi batdığı yerdən 20 km aralıda suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən 75 yaşlı Ə.Həmzəyevin cəsədi batdığı yerdən 20 km aralıda suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
463