Cəlilabadda dəhşətli qətl
16 iyun 2011 11:18 (UTC +04:00)

Cəlilabadda dəhşətli qətl

İyunun 15-də Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, saat 24 radələrində Cəlilabad rayonunun Xəlilli kənd sakini, 1982-ci il təvəllüdlü Şükürov Şənlik Kamal oğlu yaşadığı evin həyətində qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi və qohumu Şükürov İxtiyar Müzəffər oğlunu bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq öldürüb. O, daha sonra mişar daşı ilə İ.Şükürovun başına çoxsaylı zərbələr vuraraq, öldüyünə əmin olub.

Ş.Şükürov daha sonra Cəlilabad rayon Polis Şöbəsinə gələrək, törətdiyi cinayət hadisəsi barədə məlumat verib. Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Ş.Şükürov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar