Bakıda 5 yaşlı qızı öldürən valideynlərin işi məhkəmədə
Bu ilin fevral ayında Bakıda 5 yaşlı qızın öldürülməsi ilə bağlı açılmış cinayət işinin istintaqı yekunlaşıb. Lent.az-ın məlumatına görə, Şahlar Həsənov və analığı Rəbiyyə Osmanova tərəfindən vəhşicəsinə döyülərək öldürülən 2006-cı il təvəllüdlü Sevinc Həsənovanın qətlinin istintaqı Suraxanı rayon Prokurorluğunda aparılıb. Bu ayın əvvəlində Suraxanı rayon Prokurorluğu tərəfindən ittiham aktı tərtib olunub və Bakı şəhər Prokurorluğuna göndərilib. Bakı şəhər Prokurorluğu tərəfindən təsdiqlənən ittiham aktı yenidən Suraxanı rayon Prokurorluğuna qaytarılıb və sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
5 yaşlı Sevinci döyən analığı R.Osmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.9 və 120.2.10-cu (qəsdən adam öldürmə maddəsinin müxtəlif bəndləri) maddələri ilə ittiham olunur. Doğma qızının başına təpiklə zərbələr endirən atası Ş.Həsənov isə 120-ci maddənin 4 bəndi ilə təqsirləndirilir. Həmin şəxslərin günahı sübuta yetirildiyi təqdirdə onları ağır cəza gözləyir. Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hər iki şəxsin məhkəməsi başlanacaq.
Dəhşətli hadisə bu ilin fevral ayının 27-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. 5 yaşlı Sevincə Həsənovanın doğma anası Kəmalə Əliyeva Ş.Həsənovdan ayrılıb. Bir müddət qızı özü ilə saxlayan K.Əliyeva sonradan onu atasının himayəsinə verib. Hadisə baş verən gün isə Sevinc yerini islatdığı üçün analığı tərəfindən döyülüb və qız ağlamağa başlayıb. Körpənin ağlaması onun analığını və atasını özlərindən çıxarıb və iki valideyn qızcığazı vəhşicəsinə döyüb. Bu azmış kimi. Ş.Həsənov onun başına təpiklə zərbələr endirib. Ağır kəllə-beyin xəsarəti almış qızcığaz xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Nizam RZA

Oxşar yazılar

Bakıda evdə partlayış: Yaralıların vəziyyəti ağırdır - VİDEO -YENİLƏNİB
2 mart 2025 , 13:07
Ağcabədidə evdə yanğın-Xəsarət alan var
2 mart 2025 , 11:19
Dəm qazından daha bir qadın öldü
2 mart 2025 , 09:06
Lənkəranda ağır qəza, 4 nəfər yaralandı
2 mart 2025 , 03:39
Naxçıvanda avtomobil iki yeniyetməni vurdu
2 mart 2025 , 01:38
Gəncədə dəhşət: kişi balta və armaturla həyat yoldaşını döydü
2 mart 2025 , 01:10
Lənkəranda yük maşını çaya düşdü
1 mart 2025 , 22:51