“VAZ 2106” avtobusa çırpıldı: 4 yaralı
16 iyun 2011 10:35 (UTC +04:00)

“VAZ 2106” avtobusa çırpıldı: 4 yaralı

İyunun 16-na keçən gecə Bakıda ağır yol qəzası baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rəşid Behbudov küçəsi ilə Süleyman Ələsgərov küçəsinin kəsişməsində iki avtomobil toqquşub.


56 BD 049 nömrəli “VAZ 2106” və 10 TZ 087 qeydiyyat nişanlı “Mercedes” markalı avtobusun toqquşması nəticəsində minik maşınında olan 4 nəfər ağır xəsarət alıb. Yaralılar 21 yaşlı Məcidov Nizaməddin Sahibəddin oğlu, 25 yaşlı Əliyev Nicat Əvəz oğlu, 31 yaşlı Əliyev Ramil Zahid oğlu və təxminən 30 yaşlı şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.


Qeyd edək ki, qəza saat 05:44-də baş verib. Həmin vaxt yollar tamamilə boş olub və avtomobillər sürət həddinə məhəl qoymadan yol ayrıcını keçmək istəyib.

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar