Təbii fəlakət Qubada 400 evə ziyan vurub
İyunun 14-də Quba rayonuna düşən yağıntı bir sıra fəsadlar törədib. Rayondakı kanalizasiya xətləri və yollar təbii fəlakətin təsirinə məruz qalıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, sel nəticəsində Quba şəhərində 250, kəndlərdə isə təxminən 150 evə ziyan dəyib. Onlardan 17-dək ev yararsız vəziyyətə düşüb.
Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov təbii fəlakətlə bağlı bu gün keçirilən müşavirədə təbii fəlakətin baş verdiyi ərazidə xüsusi işçi qruplarının yaradıldığını və dəyən ziyanın müəyyənləşdirilməsi üçün iş aparıldığını qeyd edib. Sahib Məmmədov əlavə edib ki, evlərə yığılan suyun çəkilməsi üçün texnikalar cəlb olunub.
Vəli Turan

454