2 aprel məhbuslarının vəkilləri konfrans keçirəcək
14 iyun 2011 16:32 (UTC +04:00)

2 aprel məhbuslarının vəkilləri konfrans keçirəcək

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, vəkil Anar Qasımov, Yalçın İmanov, Elçin Namazov, o və digər vəkilləri iyunun 17-də saat 14:00-da Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirəcək, cinayət işləri ilə bağlı ictimaiyyəti məlumatlandıracaq.

Vəkil deyib ki, müdafiə olunan tərəflərə İP-in 2 aprel mitinqi ilə bağlı haqlarında həbs-qətimkan tədbiri seçilən şəxslərlə yanaşı, barələrində azadlıqdan məhrum etmə qərarı çıxarılan keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev və AXCP üzvü Cabbar Savalanlı da daxildir. Ə.Mustafayevin sözlərinə görə, 2 aprel mitinqi ilə bağlı qaldırılmış cinayət işinin qismən yekunlaşdığı və artıq bir sıra işlərlə tanış olduqları üçün müdafiə tərəfi olaraq, proseslərin son vəziyyəti barədə ictimaiyyəti və media mənsublarını məlumatlandırmaq ehtiyacı yaranıb.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar