Selin cəngində ölüm-qalım savaşı
Lent.az-ın “habertürk.com” saytına istinadən verdiyi məlumata görə, Bursanın İnegöl rayonunda parlamentə keçirilən seçkilərdə səs verdikdən sonra ailəliklə istirahət üçün Rüştiyə kəndindəki meşə ərazisinə gedən 13 nəfərlik Şən, Qızılarslan və Dəmir ailələri leysan yağış başladıqdan sonra evə qayıtmaq istəyiblər.
Ancaq meşəni ikiyə bölən dərədən keçərkən sel suları ailələrin olduğu yük maşınının mühərrikinə dolub və maşın dayanıb. Getdikcə dərədə sel sularının səviyyəsinin artması ilə dəhşətli vəziyyət yaranıb. Maşının ön hissəsində oturan Ahmet Qızılarslan (42 yaş) ilə Səmiha Dəmir (34 yaş) və Onur Dəmir (7 yaş) ilə yük yerində olan Suna (60 yaş), Mücella (40 yaş), Meliha (32 yaş), Dəmirbərk (4 yaş) Bərrak Qızılarslan (7 yaş), Turan (34 yaş) və Selvanur Dəmir (11 yaş), Müesser Şən (68 yaş), İbrahim Şən (28 yaş) və Yağız Alp Şən (11 yaş) ölüm təhlükəsi ilə üzləşiblər.
Yük maşınındakı 10 nəfər Rüştiyə kəndinin sakinlərini köməyi ilə çıxarılıb. Ancaq suyun səviyyəsinin artması səbəbindən kənd sakinləri digər 3 nəfəri çıxara bilməyiblər. Xilasedicilərin və xüsusi texnikanın köməyi ilə sel sularının yük maşınını sürükləməsinin qarşısı alınıb. Xilasedicilərin böyük səyi nəticəsində yük maşınında qalan 3 nəfər də xilas olunub.

693