İsmayıllıda təbii fəlakət: qaz, içməli su xətləri, körpü və yollar dağılıb
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov APA-nın Şirvan bürosuna bildirib ki, iyunun 13-ü axşam saatlarından başlayaraq bu gün səhərədək İsmayıllı rayonunun dağlıq və dağətəyi ərazilərində yağan güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları rayonun cənubundakı Qarakollu, Aşıqbayramlı, Kürdmaşı, Şükürçü, Yenikənd, Kəlbənd, Girk, Balik, Enişdibi, Talış və şimalındakı Cülyan, Talıstan, Tircan, Macaxı, Diyallı kəndlərində həyətyanı sahələri sel basıb, 20-yə yaxın evə su dolub, hasarlar, yollar, 10-a yaxın piyada və avtomobil körpüsü dağılıb. İsmayıllı-Macaxı yolu dağılaraq bağlanıb.
Elektrik və rabitə dirəklərinin aşması nəticəsində hazırda kəndlər işıq və telefonsuz qalıb. Rayonun cənubundakı kəndlərin magistral və daxili qaz, içməli su xətlərini sel aparıb. Süni göllər dolaraq daşıb, əkin sahələrini sel basıb.
Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri yağış və seldən ziyan çəkmiş kəndlərdə vətəndaşların müraciətlərinə baxırlar. Ərazilərə ağır texnikalar cəlb edilib.

1046