Narkotik alverçisi maşınla sahə müvəkkilini vurub qaçdı
10 iyun 2011 13:16 (UTC +04:00)

Narkotik alverçisi maşınla sahə müvəkkilini vurub qaçdı

Abşeron rayonunda narkotik vasitələrin dövriyyəsi əleyhinə növbəti məliyyat keçirilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Saray qəsəbə sakini 34 yaşlı Asif Axundzadədən heroin götürülüb. Daha sonra polis əməkdaşları A.Axundzadənin evinə baxış keçirmək istəyiblər.

Bu zaman A.Axundzadənin evinin qarşısında dayanan “Audi” markalı avtomaşının sürücüsü şübhə doğurduğundan RPŞ-nin əməkdaşları onun sənədlərini də tələb ediblər. Lakin sürücü sənədlərini vermək istəməyib və avtomaşınını polis kapitanı 38 yaşlı Koroğlu Dünyamalıyevin üstünə sürərək onu vurub və hadisə yerindən qaçıb. Polis kapitanı yüngül xəsarət alıb.

Görülən tədbirlər nəticəsində sürücü saxlanılıb. Avtomaşının sürücüsünün Sumqayıt şəhər sakini 26 yaşlı Fərid Əsgərov olduğu müəyyən edilib. Avtomaşına baxış zamanı heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, K.Dünyamalıyev Abşeron RPŞ Saray qəsəbə sahə müvəkkilidir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar