Tibb Universitetində təhsil haqqı nə qədər qalxıb?
“Qəbulumuzun təxminən 50 faizini dövlət maliyyələşdirir, 50 faizi isə tələbələr tərəfindən ödənilir. 2500 manat rəqəm dövlət tərəfindən təyin olunmuş rəqəmdir və bu, həm dövlət sifarişi ilə gələn, həm də öz hesabına oxuyan tələbələrə şamil edilir”.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov jurnalistlərə açıqlamasında deyib.
Rektorun sözlərinə görə, Tibb Universitetinə hər il təxminən 130-140 tələbə xüsusi güzəştlərlə daxil olur və təhsil haqqı ödəmir. Bu sıraya qaçqın və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olmuş şəxslər və s. aiddir. Ə.Əmiraslanov onu da deyib ki, Tibb Universiteti uzun illərdir təhsil haqlarını qaldırmayan yeganə təhsil müəssisəsidir: “Təhsil haqları fakültələrdən asılı olaraq fərqli faizlərlə artıb. Bəzi fakültələrdə 70-80 faizə qədər, bəzilərində isə daha az – 20-30 faiz həcmində artırılıb”.
Ə.Əmiraslanov bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində demək olar bütün fakültələrdə Boloniya sisteminə tam şəkildə keçilib: “Azərbaycan Boloniya sisteminin ən yaxşı şəkildə tətbiq edildiyi ölkələrdən biridir”.
Anar GƏRAYLI

375