Türkiyədə öldürülən azərbaycanlının və qatilinin kimliyi bilindi
Türkiyənin İstanbul şəhərindən Azərbaycan paytaxtı Bakıya göndərilən yüklərin arasından tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib.
Lent.az-ın “habertürk”əs istinadən verdiyi məlumata görə, ölən şəxsin tikiş firmalarından birində çalışan Azərbaycan vətəndaşı, 32 yaşlı Rauf Hacıyev olduğu müəyyən edilib. Onu öldürən şəxsin də azərbaycanlı olduğu üzə çıxıb. Həmin şəxsin Ceyhun B. olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, Ceyhun B. Cinayəti törətdikdən sonra təyyarə ilə Türkiyədən Rusiyaya qaçıb. Onların yaxın dost olduğu deyilir.
Xəbərə görə, Ceyhun B. R.Hacıyevi öldürdükdən sonra onun meyitini Bakıda yaşayan ailəsinə göndərmək istəyib. Bu məqsədlə o Kiçik Lanqa məhəlləsində Beynəlxalq Avropa Qarajındakı özəl yükdaşıma şirkətinə müraciət edib. Burada yüklərin arasında gizlətdiyi meyiti də təhvil verən həmin şəxs ünvanını yazdırmadan aradan çıxıb.
Qeyd edək ki, cinayət hadisəsi tapança ilə törədilib. Ceyhun B.-nin yaxalanaraq istintaqa cəlb olunması istiqamətində iş aparılır.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16