"VAZ 2107" gəlin maşınına çırpıldı: 1 ölü, 6 yaralı
İyun ayının 10-u Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonun Sincanboyad kəndi ərazisində qeydə alınıb. Toy şənliyindən qayıdan “BMW” markalı, 10 FF 009 dövlət nömrə nişanlı avtomaşınla “VAZ 2107” markalı 10 MB 303 dövlət nömrə qeydiyyatlı avtomaşın toqquşub. Qəza nəticəsində 7 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, bir nəfər dünyasını dəyişib. Şabran rayon Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, “VAZ 2107”-də olan Şabran rayon sakini, 1984-cü il təvəllüdlü Vəfadar Paşa oğlu Mikayılov orada keçinib.
Xəsarət alan şəxslər Şabran şəhər sakinləri - 1984-cü il təvəllüdlü Ramin Əzməmmədov, 1984-cü il təvəllüdlü Bəxtiyar Şahverdiyev, Şabran rayon Sincanboyad kənd sakini, 1986-cı il təvəllüdlü Bəhruz Məmmədov və onun anası, 1962-ci il təvəllüdlü Nigar Məmmədova, Şabran rayon sakini, 1984-cü il təvəllüdlü Afdandil Əliyev, Bakı şəhər Yasamal rayon sakini, 1980-ci il təvəllüdlü Tənzilə Məmmədovadır. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, xəsarət alanların vəziyyəti orta ağırdır. Onların həyatları üçün təhlükə yoxdur.
Qəza yerində olan şəxslər “BMW”-nin boks üzrə dünya və Avropa çempionu Ağası Məmmədova məxsus olduğunu bildiriblər. “BMW” gəlin maşını kimi bəzədilib. Qəza Qusar rayonunda keçirilən Bəhruz Məmmədovun qız toyundan qayıdan zaman baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Vəli Turan

1231