“Deputatlığa keçmiş namizədlə öldürdüyü şəxs arasında borc söhbəti olmayıb”
Ötən gün Bakının Nəsimi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun cinayəti hansı səbəbdən törətdiyi müəyyən olunub. Nəsimi Rayon Prokurorluğunun cinayət işini araşdıran müstəntiqi Vüsal Tağıyev APA-ya bildirib ki, Nadir Orucov istintaqa ifadəsində Rövşən Rüstəmovu söyüş söydüyünə görə öldürdüyünü deyib. Müstəntiq onların şərik deyil, sadəcə tanış olduqlarını bildirib: “Onların arasında borc söhbəti olmayıb. Mübahisə başqa səbəbdən baş verib. Lakin istintaq sirri olduğundan açıqlamaq düzgün deyil”.
V.Tağıyev N. Orucovun istintaqa şübhəli şəxs qismində cəlb olunduğunu, onun barəsində hələlik həbs-qətimkan tədbirinin seçilmədiyini deyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 8-də saat 16.10 radələrində Nəsimi rayonu ərazisində avtomaşınların yuyulma məntəqəsində oranın sahibi Nadir Orucov münaqişə zəminində "Makarov" tipli tapançadan açdığı 2 atəşlə Gəncə şəhər sakini Rövşən Rüstəmovu qətlə yetirib. N. Orucov könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə gəlib və 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı təhvil verib.
Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir. “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

396