Oruc Zalov: “Son 3 ildə 720 polis cəzalandırılıb”
09 iyun 2011 11:28 (UTC +04:00)

Oruc Zalov: “Son 3 ildə 720 polis cəzalandırılıb”

Onlardan 14 nəfəri cinayət məsuliyyətinə cəlb edilib. 36 nəfər isə tutduqları vəzifələrdən azad edilib. Yerdə qalan digər şəxslər barəsində isə müxtəlif cəza tədbirləri həyata keçirilib.

Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib. O bildirib ki, bütün bu tədbirlər Azərbaycan polisinin simasının müsbətə doğru dəyişdirilməsi və demokratikləşdirilməsi yolunda atlan addımlardır.

Nazir müavini konfransda iştirak edən qonaqları əmin edib ki, bu islahatlar davamlı olacaq: “Bu gün hər bir Azərbaycan polisi bilir ki, qanundan kənara çıxsa, onun haqqında ciddi tədbir görüləcək. Bunun təkcə beynəlxalq təşkilatların tələbləri əsasında deyil, həmçinin, Azərbaycan dövlətinin öz iradəsi daxilində həyata keçirildiyini qeyd edən O.Zalov bəyan edib ki, ATƏT-in təşkil etdiyi bu layihə çərçivəsində bu günə qədər 300 polis müxtəlif təlimlər keçib: “Sözsüz ki, bu gün bəzi çatışmazlıqlar mövcuddur və bu çatışmazlıqların qarşısı elə polis tərəfindən alınır”.

Nazir müavini onu da bildirib ki, bundan sonra da demokratik polis sisteminin yaradılmasına davam ediləcək.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045

Oxşar yazılar