Bakıda müəmmalı ölüm hadisəsi
09 iyun 2011 10:41 (UTC +04:00)

Bakıda müəmmalı ölüm hadisəsi

Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, saat 03.00 radələrində xəstəxanaya üzərində çoxsaylı xəsarətlər olan Nəsibov Malik Rəşid oğlu gətirilib. Həkimlərin səylərinə baxmayaraq ağır vəziyyətdə qəbul olunmuş yaralının həyatını xilas etmək mümkün olmayıb.


Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Badamdar qəsəbəsində olub. Məlumatda bildirilir ki, Nəsibov kimsə tərəfindən öldürülməyib, o işlədiyi tikintidə yıxılaraq xəsarət alıb. Yaralının hansı səbəbdən xəsarət aldığı vaxt deyil, gecə xəstəxanaya gətirilməsi ilə bağlı isə hər hansı məlumat verilmir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar