“Kral”ın qarşısındakı silahlı insidentə görə 3 nəfər axtarılır
08 iyun 2011 19:55 (UTC +04:00)

“Kral”ın qarşısındakı silahlı insidentə görə 3 nəfər axtarılır

Lent.az Baş Prokurorluğun saytına istinadən xəbər verir ki, 6 iyun 2011-ci il tarixdə saat 18.00 radələrində naməlum şəxslər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 saylı ünvanda yerləşən “Kral” şadlıq sarayının qarşısında ictimai qaydanın kobud surətdə pozularaq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməklə “Vinçester” tipli tüfənglə havaya bir neçə dəfə atəş açılıb, nəticədə şadlıq sarayının pəncərəsinin şüşələri sınıb.


Dərhal hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilməklə oradan iki ədəd giliz götürülüb və toplanmış ilkin material üzrə həmin tarixdə Nərimanov RPİ-nin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə qərəzli xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.


Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuşlar - Dünyamalıyev Sənan Asif oğlu, Ağalarov Cavid Zakir oğlu və Səfiyev Bəhmən Süleyman oğlu iyunun 6-da saat 17 radələrində “Neftçi” Təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Abbasov Şəhriyar Şahlar oğluna məşq prosesinin normal aparmaqda mane olub, sonuncu bununla bağlı iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu “söhbət etmək üçün” “Kral” şadlıq sarayının qarşısına dəvət edib.


Həmin gün saat 18.00 radələrində S.Dünyamalıyev, C.Ağalarov, B.Səfiyev və şəxsiyyətləri hələlik istintaqa məlum olmayan bir qrup şəxs bir neçə avtomaşında qeyd edilən ünvana gəlib, həmin şəxslərlə Şəhriyar Abbasov arasında mübahisə yaranıb. Bu zaman S. Dünyamalıyev və C. Ağalarov gəldikləri avtomaşından sonuncunun götürdüyü “Vinçester” tipli tüfəngdən hər biri havaya bir dəfə atəş açıb, nəticədə “Kral” şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Ş.Abbasovun tələbəsi Vəliyev Ramil Arif oğluna sağ bud nahiyəsindən bıçaqla iki xəsarət yetirilib. Bundan sonra onlar gəldikləri avtomaşınlara minərək hadisə yerindən uzaqlaşıblar.


İstintaq zamanı çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri həyata keçirilib və toplanmış ilkin sübutlar əsasında 8 iyun 2011-ci il tarixdə S. Dünyamalıyev, C. Ağalarov və B. Səfiyevin Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində axtarış elan olunub.
Hazırda cinayət hadisəsini törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi, eyni zamanda təqsirləndirilən şəxslərin tutularaq istintaqa cəlb olunmaları üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21