Deputatlığa keçmiş namizəd adam öldürdü
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəmində tanışı Rövşən adlı şəxsi güllələyərək qətlə yetirib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb, araşdırma aparılır. N. Orucov artıq saxlanılıb.
Nəsimi rayon prokuroru Aqşin Ziyadov APA-ya açıqlamasında prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirdiklərini, meyitin tibbi ekspertizaya göndərildiyini bildirib. Prokuror qətlin hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını deyib: “Hazırda araşdırma aparılır. Hər şey araşdırmalardan sonra məlum olacaq”.
Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir.

571