Bakının məşhur ticarət mərkəzində narkotik əməliyyatı
08 iyun 2011 10:39 (UTC +04:00)

Bakının məşhur ticarət mərkəzində narkotik əməliyyatı

İyunun 7-də Bakıda narkotik vasitələrin dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı sakini 1987-ci il təvəllüdlü Ələkbərov Eldost Bayram oğlu saxlanılıb. Əməliyyat məlumatına əsasən müəyyən edilib ki, həmin şəxs paytaxtın məşhur ticarət mərkəzlərindən olan “AMAY”-dan qolunda qəzetə bükülmüş şəkildə xeyli miqdarda narkotiklə çıxır. Polis dərhal hərəkətə keçib və ticarət mərkəzinin qarşısında E.Ələkbərovu yaxalayıb. Onun daşıdığı qəzet bükümünün arasından xüsusi qablaşdırılmış 606 qram narkotik vasitə olan heroin götürülüb.


Hazırda narkotik vasitənin mənşəyi, paytaxta necə gətirilməsi və E.Ələkbərovun əlaqələri araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar