Narkoloji Dispanserin baş həkimi barəsində cinayət işi başlanıb
Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə 5 may 2011-ci il tarixdə cinayət işi başlanıb.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Baş Prokurorluğun rəsmi saytında yayılan məlumata əsasən, istintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq, hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul tələb edərək alıb, həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, K. Vəliyeva xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsini təmin etməyib və sair qanunsuzluqlara yol verib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

584