AXCP üzvünün şikayətinə iyunun 16-da baxılacaq
07 iyun 2011 13:19 (UTC +04:00)

AXCP üzvünün şikayətinə iyunun 16-da baxılacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanlının apellyasiya şikayətinə iyunun 16-da Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. .

Bu barədə Lent.az-a vəkil Anar Qasımov məlumat verib. O bildirib ki, şikayətdə Sumqayıt Şəhər Məhkəməsinin C.Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum etməsi qərarının ləğvini və ona bəraət verilməsini istəyiblər.

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlıya mayın 4-də hökm oxuyub. Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinib.


Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar