Ucarda avtomobil kanala düşüb: 1 ölü, 1 yaralı
07 iyun 2011 11:42 (UTC +04:00)

Ucarda avtomobil kanala düşüb: 1 ölü, 1 yaralı

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq Yuxarı Şirvan kanalına düşüb.

Nəticədə, hadisə zamanı avtomobildə olan sərnişin yaralanıb, sürücü isə həlak olub. Yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1967-ci il təvəllüdlü Nazim Mahmud oğlu Tağıyevin cəsədini və avtomobili sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 04:17-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar