Bəxtiyar Hacıyev qəzet istəyir
06 iyun 2011 17:56 (UTC +04:00)

Bəxtiyar Hacıyev qəzet istəyir

Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılan keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev ona dövri mətbuat vasitələrinin verilməməsindən şikayətçidir.


Bu barədə Lent.az-a vəkil Əlayif Həsənov məlumat verib. O bildirib ki, B.Hacıyev ona qəzetlərin verilməməsindən narazıdır: “Bu məsələ ilə bağlı Bəxtiyar özü təcridxana rəhbərliyi ilə görüşəcək. Mən də bununla bağlı məsələ qaldırdım”.


Qeyd edək ki, bu gün B.Hacıyev apelyasiya şikayəti də verib. Vəkil bildirib ki, Sumqayıt Şəhər Məhkəməsinin 2 il azadlıqdan məhrum etmə cızası ilə bağlı qərarından şikayət veriblər.


Xatırladaq ki, B. Hacıyev Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunub.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391

Oxşar yazılar