Fərhad Əliyevin bibisi oğlunun cinayət işi məhkəməyə göndərilib
APA-nın xəbərinə görə, cinayət işi hakim Eynulla Vəliyevin icraatına verilib. Prosesin hazırlıq iclası iyunun 10-na təyin olunub.
Qeyd edək ki, R. Əsgərov Ukraynanın Odessa şəhərində saxlanılıb. O, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. R. Əsgərov Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə uzun müddət axtarışda olub.
APA-nın əldə etdiyi məlumata görə, R. Əsgərov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin cinayət işi ilə bağlı həbs edilib. Fərhad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin məlumatına görə, R. Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb. İttiham aktında göstərilir ki, “Prestic LTD” MMC-nin ekspeditoru Abdulla Cavadov F. Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti, hazırda həbsdə olan Rafiq Əliyevin tapşırığı ilə xarici ölkələrə gedib və onun verdiyi pullara qızıl-zinət əşyaları alıb, təyyarə ilə Bakı şəhərinə göndərdikdən sonra bu barədə Rafəddin Əsgərova məlumat verib. Rafəddin Əsgərov öz növbəsində həmin qızıl-zinət əşyalarını Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəki tanışları vasitəsilə gömrük nəzarətindən gizli keçirib, “Prestic LTD” MMC-nin mühasibatlığına təhvil verib.

632