Sankt-Peterburqda azərbaycanlılarla ermənilər arasında kütləvi dava
APA-nın məlumatına görə, dava nəticəsində döş və qarın nahiyəsindən bıçaq yarası alan iki azərbaycanlı xəstəxanaya yerləşdirilib. Hadisə Kupçino rayonunda baş verib. Xəstəxanaya gətirilən azərbaycanlılardan birinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub, digərinin üzərində isə sənəd aşkarlanmayıb. İlkin məlumata görə, hadisə milli nifrət zəminində baş verib, araşdırma aparılır.
398