Arif Hacılının səhhəti ilə bağlı məhkəməyə müraciət ediləcək
06 iyun 2011 11:26 (UTC +04:00)

Arif Hacılının səhhəti ilə bağlı məhkəməyə müraciət ediləcək

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, A.Hacılının qan təzyiqi və ürəyi ilə bağlı problemləri var: “Təcridxanada davamlı olaraq həkim müayinəsindən keçir. Nə vaxt çağırırlar, həkim gəlib müayinə edir. Ancaq Arif bəyin təzyiqi stabil olmur”.


Vəkil bildirib ki, ötən şənbə Arif Hacılı ilə görüşüb və bu barədə məhkəməyə müraciət etmək barədə məsləhətləşiblər: “Yəqin ki, məhkəməyə müraciət edəcək, Arif bəyin bu şəraitdə müalicəsinin çətin olduğunu və onun səhhətinin nəzərə alınaraq, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyəcəyik”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar