Daxili orqanlarında İrandan narkotik gətirən qardaş-bacı tutuldu
Dövlət Gömrük Komitəsindən (DGK) APA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsində gömrük nəzarətinə cəlb edilmiş Səbuhi Adıgözəlov və onun bacısı Vüsalə Tağıyevanın yoxlanılması zamanı S. Adıgözəlovun düz bağırsağında şəffaf polietilenə bükülü 3 ədəd yumru-uzunsov formalı bağlamalarda olmaqla, ümumi xalis çəkisi 80,598 qram olan heroin aşkarlanıb. Bundan sonra V. Tağıyevanın üzərində aparılmış şəxsi yoxlama və tibbi müayinə nəticəsində isə onun daxili orqanından şəffaf polietilenə bükülü 2 ədəd yumru-uzunsov formalı bağlamalarda olmaqla, ümumi xalis çəkisi 54,312 qram olan heroin aşkar olunaraq götürülüb.
Eyni hal, Astarada İrandan ölkəyə qayıdan Azərbaycan vətəndaşları Səriyyə Məmmədova və Xanım İsayevada da aşkarlanıb. Yoxlamalar zamanı S. Məmmədovanın daxili orqanından şəffaf polietilenə bükülü 1 ədəd yumru-uzunsov formalı bağlamada, xalis çəkisi 119,778 qram, X. İsayevanın daxili orqanından isə polietilenə bükülü 1 bağlamada çəkisi 97,256 qram olan narkotik vasitə heroin aşkar olunub.
Biləsuvar Gömrük sərhəd buraxılış məntəqəsində isə yoxlama zamanı İrandan Azərbaycana gələn Seymur Mehdiyev adlı şəxsin düz bağırsağından polietilendə qablaşdırılmış çəkisi 7,616 qram olan heroin tapılıb. İrandan gələn Zaur Mehdiyev adlı Azərbaycan vətəndaşının daxili orqanlarına Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım Şöbəsinin həkimləri tərəfindən keçirilən baxış zamanı isə düz bağırsağında saxladığı, polietilendə qablaşdırılmış 2 bükümdə qablaşdırılması ilə birgə ümumi xalis çəkisi 24,085 qram olan heroin və 1 ədəd bükümdə, xalis çəkisi 1,078 qram olan psixotrop maddə sayılan metamfetamin götürülüb.

547