İslam Partiyası sədrinin istintaqı yekunlaşır
Bu barədə Lent.az-a vəkil Anar Qasımov məlumat verib. Vəkil bildirib ki, iyunun 2-də aparılan istintaq hərəkətləri ilə birlikdə Mövsüm Səmədova yekun ittiham elan edilib.
Vəkilin sözlərinə görə, yaxın günlərdə partiya sədri ilə bağlı istintaq işinə yekun vurulacaq. A.Qasımov M.Səmədovun məhkəmə prosesinin gələn ay başlanacağını ehtimal edir.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), və 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham edilir. O, bu il yanvarın 7-də polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilib. 13 sutkalıq həbs cəzası yanvarın 20-də bitib. Yanvarın 20-də ona ittihamlar irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi Mövsüm Səmədov haqqında həbs qətimkan tədbiri seçib.
Anar GƏRAYLI

403