“22 may aksiyası”nda tutulanların apelyasiya şikayəti qəbul edilmədi
31 may 2011 16:32 (UTC +04:00)

“22 may aksiyası”nda tutulanların apelyasiya şikayəti qəbul edilmədi

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, Səbayel rayon Məhkəməsinin qərarından verdikləri şikayət təmin edilməyib. Vəkilin sözlərinə görə, gənclərin işinə ayrı-ayrılıqda baxan məhkəmə onların həbs cəzalarının ləğv edilməsindən imtina edib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Qeyd edək ki, adı çəkilən gənclər may ayının 22-də Bulvarda aksiya keçirməyə cəhd etmiş və nəticədə Emin Fərhadi və Orxan Carçıyev 8, Cəmil Hacıyev və Ağasif Şakiroğlu isə 7 sutka müddətinə azadlıqdan məhrum edilmişdi.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar