“Nə olar, ölmə!...”
Lent.az-ın ‘takvim.com.tr” saytına istinadən verdiyi məlumata görə, Marmarisdə bir oteldə çalışan 33 yaşlı Süleyman Ergenç ötən axşam içkili olmasına baxmayaraq, avtomobili ilə yola çıxıb. O, Muğla-Aydın yolunun ayrıcında idarəetməni itirərək maneəyə çırpılıb. Süleyman Ergenç qəzada həyatını itirib, onun cansız bədəni çətinlikdə əzilmiş avtomobildən çıxarılıb.
Süleyman Ergençin Azərbaycan əsilli xanımı Manana ilə qardaşı Volkan Ergenç qəza xəbərini eşidən kimi olay yerinə gəliblər. Volkan Ergenç qardaşının öldüyünü görüb, huşunu itirib. Cəsədi qucaqlayan Manana isə “Nə olur, sevgilim, ölmə, mən sənsiz necə yaşayaram!” deyərək yalvarmağa başlayıb.
Mananın bu yalvarışları ətrafdakı insanları da göz yaşlarına boğub.

662