Bakıda 20 yaşlı qız bıçağı yatmış sevgilisinin ürəyinə sancdı
13 may 2011 10:21 (UTC +04:00)

Bakıda 20 yaşlı qız bıçağı yatmış sevgilisinin ürəyinə sancdı

Mayın 13-də saat 02.00 radələrində Bakıda dəhşətli qətl hadisəsi törədilib. Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi 28/1 ünvanında, orada kirayə yaşayan 1991-ci ildə Gədəbəydə anadan olmuş Cəfərova Ülviyyə Yusif qızı Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Rəhimov Namiq Natiq oğlunu öldürüb.


20 yaşlı Ü.Cəfərova qeyri-rəsmi nikahda olduğu N.Rəhimovu yatdığı yerdə bıçaqlayıb. O, mətbəx bıçağını yatmış N.Rəhimovun ürəyinə sancıb. İkinci aldığı xəsarətdən yerindəcə keçinib.

Hadisənin konkret səbəbi bilinmir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar