Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Baxşeyiş Paşayev
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Baxşeyiş Xanəhməd oğlu Paşayev 1936-cı il mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. O, “Qarabağ müdafiə şahinləri” dəstəsinin sıralarında müharibənin ilk günlərindən döyüşə atılıb, Xramort, Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad döyüşlərində qəhrəmanlıq göstərib. Şuşakənd ərazisində ermənilərin döyüş nöqtələrinin məhv edilməsi, Xocalı faciəsi zamanı əhalinin çıxarılmasında xüsusi fədakarlıq nümayiş etdirib. O, döyüşçülər arasında “ağsaqqal” adı ilə tanınıb, mahir nişançı və gözəl kəşfiyyatçı olub. 1992-ci il iyulun 12-də düşmənin Xanabad kəndinə hücumunun qarşısı alınıb və Baxşeyiş Paşayevin dəstəsi əks-hücuma keçərək ermənilərin 7 postunu ələ keçirib, lakin özü də qəhrəmanlıqla həlak olub. Ağdam rayonu Şəhidlər Xiyabanında dəfn edilib.

612