Liviyadan çıxarılan azərbaycanlılar Bakıya gətirildilər
25 fevral 2011 09:41 (UTC +04:00)

Liviyadan çıxarılan azərbaycanlılar Bakıya gətirildilər

Lent.az-ın verdiyi məlumata görə, təyyarədə Liviyadan Ukraynaya gətirilən Azərbaycan vətəndaşları da var.

Qeyd edək ki, dünən Azərbaycanın 10 vətəndaşı Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi ilə Liviyadan Kiyevə evakuasiya olunub. Borispol aeroportuna enən təyyarədə 138 Ukrayna, 11 Polşa, 4 Qazaxıstan, 4 Çexiya, 2 Slovakiya, 10 Azərbaycan, 1 Rumıniya və 1 Macarıstan vətəndaşı olub.

Xatırladaq ki, Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov ölkədə 20-dək Azərbaycan vətəndaşının olduğunu və səfirliyə müraciət edən soydaşlarımızı evakuasiya etməyə çalışdıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar