Qəbələdə 10 yaşlı oğlanı zorlayan şəxsə hökm oxundu
Təqsirləndirilən 12 il müddətinə azadlıqdan məhrum edilib
Noyabrın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə azyaşlı oğlanı zorlamaqda təqsirli bilinən Qəbələ rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Rövşən Ağasıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Rövşən Ağasıyev 2009-cu ilin iyununda həmyerlisi 10 yaşlı Ceyhunla (ad şərtidir) cinsi əlaqədə olub. Hadisədən xəbər tutan Ceyhunun valideynləri Qəbələ rayon polis şöbəsinə şikayət ediblər. Zərərçəkmişlərin şikayəti əsasında R.Ağasıyev həbs edilib. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə təqsirli bilinib.
Fərid Əkbərov

383