Bakı Metropolitenində nəzarət gücləndirilib
Bakı Metropolitenində nəzarət gücləndirilib. Lent.az-ın məlumatına görə, artıq iki gündür ki, metro stansiyalarında nəzarət tədbirləri, sərnişinlərin yük və çantalarının yoxlanması daha da ciddiləşib. Müşahidə zamanı metro stansiyalarının daxilində də əvvəlkindən daha çox polis əməkdaşının xidmət apardığı görünür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu faktı Lent.az-a təsdiqləyib. Onun sözlərinə görə, metro stansiyalarında mühafizə daha da gücləndirilib: “Nəzarət tədbirləri və tələbkarlıq əvvəlkinə nisbətən artırılıb”.
O.Mansurzadə həmçinin qeyd edib ki, polis Metropolitendə həmişə gücləndirilmiş iş rejimi formasında işləyib: "Strateji obyekt kimi metroda polis həmişə gücləndirilmiş iş rejimində işləyib. Bu günlərdə isə şəxsi heyətin ayıq-sayıqlığı daha da artırılıb".
Qeyd edək ki, son günlər ABŞ, Böyük Britaniya və İsrail Azərbaycanda terror təhlükəsinin gözlənilməsi ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib.
Nizam Rza

Oxşar yazılar
Naxçıvanda polis ehtiyatsızlıqdan özünü güllələdi
28 iyul 2025 , 15:29
Gecəyarısı ailə qətliamı: Anasını və atasını öldürdü
28 iyul 2025 , 15:14
Binəqədidə ƏMƏLİYYAT: narkoşəbəkənin iki üzvü TUTULDU
28 iyul 2025 , 15:10
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü - YENİLƏNİB
28 iyul 2025 , 14:14
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
Xaçmazda antibiotik iynəsi vurulan kişi ÖLDÜ
28 iyul 2025 , 13:17
Bakıda TİKİNTİDƏ FACİƏ: fəhlə binadan yıxılıb öldü - YENİLƏNİB
28 iyul 2025 , 13:15