Müəllimlərinin maaşını mənimsəyən direktorun məhkəməsi başladı
Noyabrın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə müəllimlərin əmək haqlarını mənimsəməkdə təqsirləndirilən, lal-karlar üçün 3 saylı internat məktəbin direktoru Məlahət Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Məlahət Səmədova ifadə verib. O, ifadəsində ittiham üzrə özünü qismən təqsirli bilib. Prosesdə şahid qismində məktəbin müəllimləri ifadə veriblər.
Proses noyabrın 18-də davam etdiriləcək.
İttihama görə, Nizami rayonunda yerləşən məktəbin direktoru M.Səmədova məktəbin müəllimlərindən 25 nəfərin adına yazılan pulları mənimsəyib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə küllü miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə isə 25 nəfər zərərçəkmiş kimi tanınır.
Fərid Əkbərov

874