Abbas Abbasovun qohumunun tutulduğu təsdiqləndi
Aydın Abbasov: “Həmin şəxs anamla əminəvəsidir”
“Gəncədə cəmi bir nəfər saxlanılıb. Onun da adı mətbuatda yazıldığı kimi Qaçaq yox, Qoca Quliyevdir. O bizim qohumdur. Ancaq Abbas Abbasovun bacısı oğlu deyil. Çünki Abbas müəllimin bacısı yoxdur. Saxlanılan şəxs anamla əminəvəsidir”.
Bu sözləri APA-ya millət vəkili Aydın Abbasov Gəncədə qohumlarının həbs olunması barədə mətbuatda yazılan məlumatlara münasibət bildirərkən deyib.
A.Abbasov bildirib ki, Qoca Quliyevin saxlanmasının Abbas Abbasovla və onun ailəsi ilə heç bir əlaqəsi oxdur. Onun sözlərinə görə, saxlanılandan sonra Qoca Quliyevin evində heç bir axtarış olmayıb: “O, ailə üzvləri ilə vaxtaşırı görüşür. Ona qarşı ittiham da irəli sürülməyib, araşdırmalar gedir”.
Millət vəkili Qoca Quliyevin onun mühafizə xidmətində çalışması barədə məlumatları da təkzib edib: “Ümumiyyətlə, mənim mühafizə xidmətim yoxdur. Qoca Quliyevin öz biznesi var, iş adamıdır. Abbas Abbasovun bu məsələdə adını çəkmək isə gülüncdür. Çünki Abbas müəllim indi nə siyasətdə, nə dövlət vəzifəsindədir”.
Qeyd edək ki, mətbuatda Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Gəncə şəhərində xüsusi əməliyyat keçirdiyi, əməliyyat nəticəsində Gəncədə “Qoçu” ləqəbi ilə tanınan şəxsin başçılıq etdiyi dəstənin üzvlərinin zərərsizləşdirildiyi yazılıb. Mütəşəkkil dəstə Gəncədə bir neçə vəzifəli şəxslər də daxil olmaqla vətəndaşlardan şantaj və hədə-qorxu yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunur. Keçirilən xüsusi əməliyyat nəticəsində “Qoçu” başda olmaqla dəstənin bütün üzvləri tutularaq, Bakı şəhərinə gətirilib. Hazırda həmin şəxslərin törətdiyi bir çox cinayətlərin üstünün açılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gəncə şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləsələr də, əməliyyat barədə ətraflı məlumat verməyiblər.
Mətbuatda yayılan digər xəbərlərə görə, “Qoçu” ləqəbli dəstə başçısı Qoca Əliyevin baş nazirin sabiq I müavini Abbas Abbasovla yaxın qohumluq əlaqələri var. Onun şantaj etdiyi şəxs isə elə öz qohumu, Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov olub.
“Qoçu”nun evindən 16 kiloqram yüksək keyfiyyətli narkotik maddə ilə yanaşı gizli saxlanc yerində çoxsaylı DVD aşkarlandığı da bildirilib.

1783