Bakıda 2 nəfər 8 yaşlı oğlanı zorlayıb
Zərərçəkmişin atası ilə əmisi isə eyni hərəkəti həmin şəxsə qarşı ediblər
Azərbaycan paytaxtında zorlamada təqsirləndirilən şəxslər həbs olunub. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon hüquq-mühafizə orqanlarına mobil telefonlarda azyaşlı oğlan uşaqları ilə bağlı erotik video-görüntülərin yayılması barədə xəbər daxil olub. Polis video-görüntülərin araşdırılması zamanı dəhşətli faktlar üzə çıxarıb.
İstintaq müəyyən edib ki, bu il oktyabr ayının əvvəllərində Qaradağ rayonu ərazisində 8 yaşlı oğlan uşağı zorlanıb. Rayon sakini, 17 yaşlı R. Vəzirov (adlar şərtidir) 8 yaşlı N. Eyyubovu müxtəlif vədlərlə “KamAZ” markalı, 90 EF 566 dövlət nömrə nişanlı yük maşınına mindirib. N.Eyyubovun könüllü intim əlaqədə olmaq istəmədiyini görən R.Vəzirov onu döyərək zorlayıb. Yük maşınının yaxınlığından keçən Ə.Qədirov adlı gənc bu mənzərənin şahidi olub. Fürsətdən istifadə edən Ə.Qədirov R.Vəzirov yük maşınından düşüb uzaqlaşandan sonra maşına minib. Azyaşlını onunla cinsi əlaqədə olmasa, rüsvay edəcəyi ilə hədələyən Ə.Qədirov da məqsədinə çatıb.
Baş vermiş hadisə qısa vaxtda rayonda yayılıb. Xəbər azyaşlının ailə üzvlərinə də çatıb. Təcavüzə məruz qalan uşağın atası Y.Eyyubov qardaşı Vüqar və qohumu A. Əmrahovla birgə R. Vəzirovu axtarmağa başlayıb. Nəhayət, bir neçə gündən sonra onlar R.Vəzirovu yaxalayıblar. Ata oğlunun qisasını almaq məqsədi ilə R.Vəzirovu zorlayıb və bunu mobil telefonla çəkərək rayon ərazisində yayıb.
Faktla əlaqədar artıq R.Vəzirov, Ə.Qədirov, A.Əmrahov, Y. və V. Eyyubov qardaşları həbs edilib. Onların barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri etmə-təqsirkar şəxs üçün aşkar surətdə, habelə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə-bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq davam etdir.

663