Müəlliməni öldürəndən sonra yandıran şəxsin məhkəməsi başladı
Təqsirləndirilən şəxs ittihamı qəbul etməyib
Noyabrın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayonu Düyərli kənd orta məktəbinin müəlliməsi Tamilla İsgəndərovanı qətlə yetirərək, sonra isə evi yandırmaqda təqsirləndirilən həmin rayon sakinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Elmar Quliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham olunan Elbrus Bayramov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. Təqsirləndirilən ibtidai istintaqda ifadəni təzyiq altında verdiyini söyləyib. Təqsirləndirilən şəxsin anası Z. Bayramova T.İsgəndərovaya məxsus mənzil yanan zaman E.Bayramovun evdə olduğunu bildirib. Z. Bayramova oğlunun cinayət törətdiyinə inanmadığını da söyləyib.
Məhkəmə şahid ifadələri ilə davam edir.
İttihama görə, 2009-cu il iyulun 10-da Şəmkir rayonunun Düyərli kəndində, kənd sakini Tamilla İsgəndərovaya məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Tamilla İsgəndərovanın tüstüdən boğulmuş meyiti tapılıb. DİN Baş Cinayət-Axtarış İdarəsi, Şəmkir RPŞ və Şəmkir rayon Prokurorluğu əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tamilla İsgəndərovanı qətlə yetirildiyi müəyyənləşib və Elbrus Qərib oğlu Bayramov tutulub.
Qeyd edək ki, E. Bayramov Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla və ya ümumi təhlüekəli üsulla adamöldürmə), 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarında və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmək), 120.2.6-ci (başqa cinayəti gizlətmək və ya onun törədilməsini yüngülləşdirmək məqsədilə və habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə adam öldürmə) maddələri ilə ittiham olunur.
Fərid Əkbərov

464