Sumqayıtda 21 yaşlı qadın özünü öldürdü
Azərbaycanın Sumqayıt şəhərində 21 yaşlı qadın özünü 5-ci mərtəbədən ataraq intihar edib.
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə ötən gecə, saat 00.30 radələrində şəhərin 5-ci mikrorayon ərazisində, ev 138/23, mənzil 18-də baş verib. Adıçəkilən ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Tahirə Teyyub qızı Rüstəmova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Araşdırmalar nəticəsində T. Rüstəmovanın özünə qəsd etməsinin ilkin səbəbləri məlum olub.
Polis İdarəsindən bildirilib ki, T. Rüstəmova həyat yoldaşı ilə davalaşıb. Əsəblərini cilovlaya bilməyən qadın özünü binadan ataraq intihar edib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

407